Bizə qoşulmaq üçün aşağıdakı formu diqqətlə doldurun. Ulduzla (*) işarələnmiş sahələr məcburidir.
Formu göndərməklə qəbul etmiş olursunuz.
📢 Dəyərli gənclər!
Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (BAAU TGT) üzv qəbulunu açıq elan edir.
Sizdə, sizin üçün yaratdığımız üzvlük formundan qeydiyyatdan keçərək aramıza qatıla bilərsiniz.
Missiyamız:
Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının (BAAU TGT) missiyası dövlətin gənclər siyasətinə dəstək vermək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, təlim-tədris prosesinin səmərəliliyinə töhfə vermək, Respublikanın ictimai, mədəni, sosial-iqtisadi həyatında tələbələrin fəal iştirakını təmin etməkdir.
Strateji məqsədlər:
Əsası dövlət gənclər siyasəti olmaqla tələbələrlə işin təmin edilməsi.
Tələbə gənclər təşkilatının fəaliyyətinin əlaqəli təşkili və dəstəklənməsi.
Tələbə gənclərin milli maraqlara söykənərək yerli və beynəlxalq iştirakçılığının artırılması.
Məxfilik və Gizlilik Siyasəti
Bu forma vasitəsilə təqdim etdiyiniz məlumatlar Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (BAAU TGT) tərəfindən yalnız üzvlük müraciətinizin qiymətləndirilməsi və sizinlə əlaqə saxlanılması məqsədilə toplanır və işlənir.
Hansı məlumatları toplayırıq:
Ad, soyad, ata adınız və doğum tarixiniz.
Əlaqə nömrəniz, e-poçt ünvanınız, fakültə və kurs məlumatlarınız.
Motivasiya cavabınız, dil biliyiniz və qeyd etdiyiniz bacarıqlar.
Məlumatlardan necə istifadə edirik:
Məlumatlarınız yalnız müraciətinizin nəzərdən keçirilməsi, sizinlə əlaqə saxlanılması və BAAU TGT daxili qeydiyyat prosesləri üçün istifadə olunur. Məlumatlarınız kommersiya məqsədilə üçüncü tərəflərə satılmır və ya ötürülmür.
Saxlanma və təhlükəsizlik:
Məlumatlarınız təhlükəsiz serverlərdə saxlanılır və yalnız səlahiyyətli komanda üzvlərinin çıxışı var. Təkrar müraciətlərin qarşısını almaq üçün əlaqə nömrəniz və e-poçt ünvanınız unikal identifikator kimi istifadə oluna bilər.
Hüquqlarınız:
İstənilən zaman məlumatlarınızın silinməsini və ya dəyişdirilməsini bizimlə əlaqə saxlayaraq tələb edə bilərsiniz.
Formu göndərməklə yuxarıdakı şərtlərlə tanış olduğunuzu və razı olduğunuzu təsdiq edirsiniz.